Əsas Səhifə > Cəmiyyət > Aparat rəhbəri: Operativ Qərargah iş saatlarının dəyişdirilməsi ilə bağlı məsələyə baxır
Aparat rəhbəri: Operativ Qərargah iş saatlarının dəyişdirilməsi ilə bağlı məsələyə baxır12-06-2020, 18:25 |
|
Pik saatlarda ictimai nəqliyyatda sıxlıq olduğu üçün iş vaxtlarına dəyişiklik edilib-edilməyəcəyi məsələsinə münasibət bildirilib. Rubrika.Az-ın APA-ya istinadən xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparat rəhbəri Elgin Həbibullayev bildirib ki, Operativ Qərargahda bu məsələyə baxılır: “Ola bilər, müvafiq qərar qəbul olunsun ki, təşkilatlar müxtəlif vaxtlarda, yəni qrafik üzrə işə başlasın. Məsələn, hansısa təşkilat saat 9-da yox, 8-də işə başlasın, digər təşkilat 10-da işə başlasın. Ola bilər ki, belə qərar verilsin. Hazırda bu məsələ müzakirə olunur”. Rubrika.Az Geri qayıt |