Aparat rəhbəri: Operativ Qərargah iş saatlarının dəyişdirilməsi ilə bağlı məsələyə baxır
![]()
Pik saatlarda ictimai nəqliyyatda sıxlıq olduğu üçün iş vaxtlarına dəyişiklik edilib-edilməyəcəyi məsələsinə münasibət bildirilib.
Rubrika.Az-ın APA-ya istinadən xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparat rəhbəri Elgin Həbibullayev bildirib ki, Operativ Qərargahda bu məsələyə baxılır:
“Ola bilər, müvafiq qərar qəbul olunsun ki, təşkilatlar müxtəlif vaxtlarda, yəni qrafik üzrə işə başlasın. Məsələn, hansısa təşkilat saat 9-da yox, 8-də işə başlasın, digər təşkilat 10-da işə başlasın. Ola bilər ki, belə qərar verilsin. Hazırda bu məsələ müzakirə olunur”.
Rubrika.Az
Facebook-da paylaş













