Əsas Səhifə > Dünya > Ermənistanda daha 16 nəfər koronavirusdan öldü
Ermənistanda daha 16 nəfər koronavirusdan öldü15-06-2020, 18:55 |
|
Ermənistanda son sutka ərzində daha 397 nəfərdə koronavirus aşkarlanıb, 16 pasiyent vəfat edib. Rubrika.Az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 17 064-ə, bu virusdan ölənlərin sayı isə 285-ə yüksəlib. Bundan əlavə, indiyədək 6 276 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 10 503 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-nə qədər uzadılıb. Rubrika.Az Geri qayıt |