Ermənistanda daha 16 nəfər koronavirusdan öldü
![]()
Ermənistanda son sutka ərzində daha 397 nəfərdə koronavirus aşkarlanıb, 16 pasiyent vəfat edib. Rubrika.Az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 17 064-ə, bu virusdan ölənlərin sayı isə 285-ə yüksəlib.
Bundan əlavə, indiyədək 6 276 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 10 503 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-nə qədər uzadılıb.
Rubrika.Az
Facebook-da paylaş












