Əsas Səhifə > Hadisə > Azərbaycanda kişi hamilə arvadını vəhşicəsinə döydü: Bətnindəki körpə öldü - YENİLƏNİB
Azərbaycanda kişi hamilə arvadını vəhşicəsinə döydü: Bətnindəki körpə öldü - YENİLƏNİB19-06-2020, 17:16 |
|
Tovuz rayonunda kişi arvadını vəhşicəsinə döyüb. Rubrika.Az Oxu.Az-a istinad edərək xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib. Belə ki, rayonun Əhmədabad kənd sakini, 1987-ci il təvəllüdlü Mətanət Əsgərova ərindən polisə şikayət edib. O qeyd edib ki, əri Xəqani Əsgərov tərəfindən döyülüb. Nəticədə, qadın bətnindəki 11 həftəlik körpəsini itirib. Məsələ ilə bağı Daxili İşlər Nazirliyi qadının əri tərəfdən döyülməsinə münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Mətanət Əsgərovanın müraciəti əsasında Tovuz Rayon Polis şöbəsində müvafiq araşdırma aparılır: “Tibbi ekspertizanın rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”. Rubrika.Az Geri qayıt |