Azərbaycanda kişi hamilə arvadını vəhşicəsinə döydü: Bətnindəki körpə öldü - YENİLƏNİB
![]()
Tovuz rayonunda kişi arvadını vəhşicəsinə döyüb.
Rubrika.Az Oxu.Az-a istinad edərək xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
Belə ki, rayonun Əhmədabad kənd sakini, 1987-ci il təvəllüdlü Mətanət Əsgərova ərindən polisə şikayət edib.
O qeyd edib ki, əri Xəqani Əsgərov tərəfindən döyülüb.
Nəticədə, qadın bətnindəki 11 həftəlik körpəsini itirib.
Məsələ ilə bağı Daxili İşlər Nazirliyi qadının əri tərəfdən döyülməsinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Mətanət Əsgərovanın müraciəti əsasında Tovuz Rayon Polis şöbəsində müvafiq araşdırma aparılır:
“Tibbi ekspertizanın rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”.
Rubrika.Az
Facebook-da paylaş












