Əsas Səhifə > Səhiyyə > Dünyada koronavirusa yoluxanların sayı 9 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 9 milyonu keçdi


22-06-2020, 11:24
Dünyada koronavirusa yoluxanların sayı 9 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı sutka ərzində 183 mindən çox artaraq 9 milyonu, ölənlərin sayı isə 4 mindən çox artaraq 461 mini ötüb.

Rubrika.Az Virtualaz.org-a istinadla bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənən son məlumatda belə deyilir.

Belə ki, dünyada 9 046 215 yoluxma və 461 715 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 183 020, ölənlərin sayı 4743 nəfər artıb.

Qeyd edək ki, ÜST-nin hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Rubrika.Az
Geri qayıt