Dünyada koronavirusa yoluxanların sayı 9 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı sutka ərzində 183 mindən çox artaraq 9 milyonu, ölənlərin sayı isə 4 mindən çox artaraq 461 mini ötüb.
Rubrika.Az Virtualaz.org-a istinadla bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənən son məlumatda belə deyilir.
Belə ki, dünyada 9 046 215 yoluxma və 461 715 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 183 020, ölənlərin sayı 4743 nəfər artıb.
Qeyd edək ki, ÜST-nin hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Rubrika.Az
Facebook-da paylaş










