Əsas Səhifə > Cəmiyyət > Tofiq Yaqublunun şikayəti təmin olunmadı
Tofiq Yaqublunun şikayəti təmin olunmadı24-06-2020, 12:56 |
|
Apellayasiya Məhkəməsi Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun şikayətinin təmin etməyib. Rubrika.Az Yenisabah.az-a istinadla bildirir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb. “Apellyasiya məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etmədi və qərarı qüvvədə saxladı. Dövlət ittihamçısı Tofiq Yaqublunun həbsdə saxlanmasını belə əsasladırıb: "O, residiviatdir. Dəfələrlə cinayət törədərək həbsdə olub", - deyə o bildirib. Nigar Həzinin sözlərinə görə, dövlət itihamçısının fikirlərinə Tofiq Yaqublunun cavabı sərt olub. "Əsl cinayətkar sizsiniz. Əliniz neçə günahsız insanın həbsində var və buna görə də mütləq cinayət məsuliyyətinə cəlb olunacaqsınız”, - deyə o bildirib. Nigar Həzi qeyd edib ki, məhkəmə zalına “mülkü geyimlilər” də gətirilibmiş. Vəkil Aqil Layıcın etirazından sonra hakim onları məhkəmə zalından çıxarıb. Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham olunur. Yaxınları isə həbsi sifariş sayır və bunu onun siyasi fəaliyyətilə izah edirlər. Rubrika.Az Geri qayıt |