Tofiq Yaqublunun şikayəti təmin olunmadı
![]()
Apellayasiya Məhkəməsi Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun şikayətinin təmin etməyib.
Rubrika.Az Yenisabah.az-a istinadla bildirir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.
“Apellyasiya məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etmədi və qərarı qüvvədə saxladı.
Dövlət ittihamçısı Tofiq Yaqublunun həbsdə saxlanmasını belə əsasladırıb: "O, residiviatdir. Dəfələrlə cinayət törədərək həbsdə olub", - deyə o bildirib.
Nigar Həzinin sözlərinə görə, dövlət itihamçısının fikirlərinə Tofiq Yaqublunun cavabı sərt olub.
"Əsl cinayətkar sizsiniz. Əliniz neçə günahsız insanın həbsində var və buna görə də mütləq cinayət məsuliyyətinə cəlb olunacaqsınız”, - deyə o bildirib.
Nigar Həzi qeyd edib ki, məhkəmə zalına “mülkü geyimlilər” də gətirilibmiş. Vəkil Aqil Layıcın etirazından sonra hakim onları məhkəmə zalından çıxarıb.
Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham olunur. Yaxınları isə həbsi sifariş sayır və bunu onun siyasi fəaliyyətilə izah edirlər.
Rubrika.Az
Facebook-da paylaş













