Əsas Səhifə > Siyasət > İlham Əliyev Mingəçevirdə: “Azərbaycan” İES istifadəyə verildi - YENİLƏNİB
İlham Əliyev Mingəçevirdə: “Azərbaycan” İES istifadəyə verildi - YENİLƏNİB25-06-2020, 12:14 |
![]() Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib. ***11:41 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. RUBRİKA.AZ Geri qayıt |