İlham Əliyev Mingəçevirdə: “Azərbaycan” İES istifadəyə verildi - YENİLƏNİB

Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.
***11:41
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərinə səfərə gəlib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
RUBRİKA.AZ
Facebook-da paylaş















