Əsas Səhifə > Hadisə > Bərdədə maşın hasara çırpılıb, xəsarət alanlar var - FOTO
Bərdədə maşın hasara çırpılıb, xəsarət alanlar var - FOTO26-06-2020, 19:57 |
|
Bərdədə yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az xəbər verir ki, rayonun Türkmən kəndində “CHER” markalı, 99 MD 578 dövlət nömrə-nişanlı minik avtomobili idarəetmədən çıxaraq, daş hasara çırpılıb. Nəticədə sürücü və sərnişin ağır bədən xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır hesab olunur. Faktla bağlı araşdırma aparılır.//apa.az Rubrika.Az Geri qayıt |