Bərdədə maşın hasara çırpılıb, xəsarət alanlar var - FOTO
![]()
Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az xəbər verir ki, rayonun Türkmən kəndində “CHER” markalı, 99 MD 578 dövlət nömrə-nişanlı minik avtomobili idarəetmədən çıxaraq, daş hasara çırpılıb. Nəticədə sürücü və sərnişin ağır bədən xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır hesab olunur.
Faktla bağlı araşdırma aparılır.//apa.az![]()
![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş

















