Əsas Səhifə > Dünya > Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı
Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı26-06-2020, 20:41 |
|
Türkiyədə son sutka ərzində koronavirusdan 19 nəfər dünyasını dəyişib, 1 396 nəfərdə virus aşkarlanıb. Rubrika.Az bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib. Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 5 065, yoluxma faktı 194 min 511 nəfər olub. Gün ərzində 1 492 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 167 min 198-ə çatıb. Son 24 saatda 51 min 198 test edilib. Rubrika.Az Geri qayıt |