Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı
![]()
Türkiyədə son sutka ərzində koronavirusdan 19 nəfər dünyasını dəyişib, 1 396 nəfərdə virus aşkarlanıb. Rubrika.Az bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.
Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 5 065, yoluxma faktı 194 min 511 nəfər olub. Gün ərzində 1 492 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 167 min 198-ə çatıb.
Son 24 saatda 51 min 198 test edilib.
Rubrika.Az
Facebook-da paylaş











