Əsas Səhifə > Siyasət > Prezident İlham Əliyev ordu quruculuğunu daim diqqət mərkəzində saxlayır
Prezident İlham Əliyev ordu quruculuğunu daim diqqət mərkəzində saxlayır29-06-2020, 16:58 |
|
Bu gün Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işləri prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordunun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Zabitlərin mənzil problemləri həll olunub. Qüsursuz xidmətinə görə 2119 zabit mənzillə təmin olunub. Ordu quruculuğu dövlət proqramı ilə davam etdirildiyindən müasir tələblərə cavab verir və Silahlı Qüvvələrimiz ölkə rəhbərliyi tərəfindən hərtərəfli qayğı və diqqətlə əhatə olunub. Bütün hərbi hisələrdə tikinti bərpa işləri aparılır, hərbiçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır və tez- tez mükafatlandırılırlar. Sözsüz ki, bütün bunları görmək 90-cı illərin əvvələrində mümkün deyildi.1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev ordu quruculuğuna diqqəti artırdı. Hələ sövetlər dönəmində böyük çətinliklə 1971-ci ildə Bakıda C.Naxçıvanski adına hərbi məktəbin əsasının qoyulması onun uzaqgörən siyasətinin nəticəsi idi. Bu hərbi lisey bu gün ordumuzun əsas kadr hazırlığının bazası hesab edilir. Prezident İlham Əliyev də hakimiyyətinin ilk illərindən başlayaraq bu hərbi məktəbin modernləşdirilməsinə diqqəti artırdı. 2019-cu ildə məktəb yenidən əsaslı təmir olunaraq yeni invertarla təmin olundu. Prezident İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin edən sərancam idi. Qısa müddətdə 1300-dən çox adda silah, hərbi sursat istehsalına başlanıldı. Nazirliyin istehsal etdiyi məhsulların 80 %-dən çoxu müdafiə təyinatlıdır. Silahlı Qüvvələrin balansında olan zavodlarda təmir, yenidənqurma işləri aparıldı, bu müəssisələr indi ordumuzun inventarında olan hərbi texnikaların təmirini, ən müasir şəkildə yenilənməsini həyata keçirməkdədir. 2017-ci ildə Bakıda iki dövlət - Türkiyə və Azərbaycan arasında keçirilən "TurAz Qartalı - 2017" taktiki təlimləri təsdiqlədi ki, azərbaycanlı pilotlar yüksək pilotaj məharətinə malikdirlər. Daha sonra "MSPO - 2017" sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silah və sursatların nümayişi də ordumuzun yüksək inkişaf mərhələsində olduğunu və Qafqazın ən güclü ordusu olduğunu göstərdi. 2016-cı ilin aprel döyüşləri və Naxçıvan əməliyyatı təsdiqlədi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Aprel döyüşləri xalqla ordunun birliyini göstərdi. Hərbiçilərlə görüşdə İlham Əliyev demişdir: "Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bütün dünya bilir. 2016-cı ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik..." Azərbaycan xalqı öz ordusuna inanır və Ali Baş Komandanın ətrafında sıx birləşərək hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Hüseynov Anar Nəsimi rayon təhsil işçisi Geri qayıt |