Əsas Səhifə > Səhiyyə > TƏBİB sədri nə qədər tibb işçisinin koronavirusa yoluxduğunu AÇIQLADI

TƏBİB sədri nə qədər tibb işçisinin koronavirusa yoluxduğunu AÇIQLADI


3-07-2020, 18:13
TƏBİB sədri nə qədər tibb işçisinin koronavirusa yoluxduğunu AÇIQLADI


“Xüsusi rejimli xəstəxanalarda cüzi yoluxma faktı var. Misal olaraq, Mərkəzi Neftçilər Xəstəxanasında 7 yoluxma halı var idisə, onun da 4-ü evdə yoluxub”.

Rubrika.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, bütün tibb personalı içərisində yoluxma göstəricisi 8% təşkil edir:

“Bunun böyük hissəsi evlərdən daşınan infeksiyalardır”.

TƏBİB sədri əlavə edib ki, əksəriyyət də digər tibb müəssisələrində olan yoluxmalardır.


Rubrika.Az
Geri qayıt