TƏBİB sədri nə qədər tibb işçisinin koronavirusa yoluxduğunu AÇIQLADI

“Xüsusi rejimli xəstəxanalarda cüzi yoluxma faktı var. Misal olaraq, Mərkəzi Neftçilər Xəstəxanasında 7 yoluxma halı var idisə, onun da 4-ü evdə yoluxub”.
Rubrika.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O qeyd edib ki, bütün tibb personalı içərisində yoluxma göstəricisi 8% təşkil edir:
“Bunun böyük hissəsi evlərdən daşınan infeksiyalardır”.
TƏBİB sədri əlavə edib ki, əksəriyyət də digər tibb müəssisələrində olan yoluxmalardır.
Rubrika.Az
Facebook-da paylaş















