Əsas Səhifə > Dünya > İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirdi
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirdi6-07-2020, 11:34 |
![]() İsrail ordusunun qırıcı təyyarəli və helikopterləri Qəzza zolağının şimal hissəsində HƏMAS-ın mövqelərinə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə atılan raketlərə cavab olaraq həyata keçirilib: "Bu gün Qəzza zolağından İsrail ərazisinə 3 raket atılıb. Buna cavab olaraq bir qədər əvvəl İsrail Müdafiə Ordusunun qırıcı təyyarələri və helikopterləri Qəzza zolağının şimal hissəsində HƏMAS-ın terror obyektlərinə zərbələr endiriblər".(Trend) Rubrika.az Geri qayıt |