İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirdi

İsrail ordusunun qırıcı təyyarəli və helikopterləri Qəzza zolağının şimal hissəsində HƏMAS-ın mövqelərinə zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə atılan raketlərə cavab olaraq həyata keçirilib: "Bu gün Qəzza zolağından İsrail ərazisinə 3 raket atılıb. Buna cavab olaraq bir qədər əvvəl İsrail Müdafiə Ordusunun qırıcı təyyarələri və helikopterləri Qəzza zolağının şimal hissəsində HƏMAS-ın terror obyektlərinə zərbələr endiriblər".(Trend)
Rubrika.az
Facebook-da paylaş













