Əsas Səhifə > Hadisə > Salyanda bir aydır itkin düşmüş kişinin meyiti meşədə aşkarlandı - İntihar edibmiş

Salyanda bir aydır itkin düşmüş kişinin meyiti meşədə aşkarlandı - İntihar edibmiş


6-07-2020, 19:17
Salyanda bir aydır itkin düşmüş kişinin meyiti meşədə aşkarlandı - İntihar edibmiş


Kür çayının Salyan rayon ərazisində yerləşən meşə zolağında kişi meyiti tapılıb.

Bu barədə Rubrika.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Tapılan meyitin şəxsiyyəti müəyyənləşdirilib. Bu şəxs bir ay əvvəl itkin düşmüş Beştalı kənd sakini, 1979-cu il təvəllüdlü Aqil Quliyevdir. Məlum olub ki, o, təxminən 28 gün əvvəl intihar edib.

Hazırda Salyan rayon prokurorluğu tərəfindən faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.

İntiharın səbəbləri araşdırılır.


Rubrika.Az
Geri qayıt