Salyanda bir aydır itkin düşmüş kişinin meyiti meşədə aşkarlandı - İntihar edibmiş
![]()
Kür çayının Salyan rayon ərazisində yerləşən meşə zolağında kişi meyiti tapılıb.
Bu barədə Rubrika.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Tapılan meyitin şəxsiyyəti müəyyənləşdirilib. Bu şəxs bir ay əvvəl itkin düşmüş Beştalı kənd sakini, 1979-cu il təvəllüdlü Aqil Quliyevdir. Məlum olub ki, o, təxminən 28 gün əvvəl intihar edib.
Hazırda Salyan rayon prokurorluğu tərəfindən faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.
İntiharın səbəbləri araşdırılır.
Rubrika.Az
Facebook-da paylaş






