Əsas Səhifə > Araşdırma > DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir
DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir6-07-2020, 19:31 |
|
DTX-nın həbs etdiyi XİN vəzifəlisi Səlim Əlizadənin qardaşı Bakı Dövlət Universitetində dekan vəzifəsində çalışır. Rubrika.Az Yenisabah.Az-a istinadən xəbər verir ki, Hikmət Əlizadə universitetin Sosial elmlər və psixologiya fakültəsinin dekanıdır. O, həmçinin Respublika Təhsil Şurasının sədridir. Əlizadələrin babası Əbdül Əlizadə məşhur psixoloq-alimdir. 2015-ci ildə dünyasını dəyişən Əbdül Əlizadə həmçinin Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktorudur. Xatırladaq ki, Səlim Əlizadənin qızı Safura Əlizadə tanınmış estrada müğənnisidir, Azərbaycanı "Eurovision-2010"-da təmsil edərək 5-ci yeri tutub. O, mərhum energetika naziri Natiq Əliyevin gəlinidir. Rubrika.Az Geri qayıt |