DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir
![]()
DTX-nın həbs etdiyi XİN vəzifəlisi Səlim Əlizadənin qardaşı Bakı Dövlət Universitetində dekan vəzifəsində çalışır.
Rubrika.Az Yenisabah.Az-a istinadən xəbər verir ki, Hikmət Əlizadə universitetin Sosial elmlər və psixologiya fakültəsinin dekanıdır. O, həmçinin Respublika Təhsil Şurasının sədridir. Əlizadələrin babası Əbdül Əlizadə məşhur psixoloq-alimdir. 2015-ci ildə dünyasını dəyişən Əbdül Əlizadə həmçinin Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktorudur.
Xatırladaq ki, Səlim Əlizadənin qızı Safura Əlizadə tanınmış estrada müğənnisidir, Azərbaycanı "Eurovision-2010"-da təmsil edərək 5-ci yeri tutub. O, mərhum energetika naziri Natiq Əliyevin gəlinidir.
Rubrika.Az
Facebook-da paylaş







