Əsas Səhifə > Dünya > Ermənistan ordusuna keçmiş çağırışçıların və əlillərin səfərbərliyi başlayıb - RƏSMİ
Ermənistan ordusuna keçmiş çağırışçıların və əlillərin səfərbərliyi başlayıb - RƏSMİ16-07-2020, 17:47 |
|
“Bu günlərdə Azərbaycanla sərhəddə apardığı döyüşlərdə erməni ordusunun canlı qüvvədə böyük itkilər verməsi Ermənistan Müdafiə Nazirliyini silahla azacıq da olsa davrana bilən hər kəsi silah altına qoymağa məcbur edir”. Rubrika.Az-ın məlumatına görə bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. “Əldə olunan məlumata görə, Ermənistan ordusunun rəhbərliyi keçmiş hərbi qulluqçuları, çağırışçıları, o cümlədən ikinci və üçüncü qrup əlilləri, habelə həbsxana məhbuslarını Tavuş bölgəsinə göndərmək üçün tələsik şəkildə səfərbər edir. Bu o deməkdir ki, sərhəddə düşmənin şəxsi heyəti sırasında böyük boşluqlar yaranıb və həmin boşluqları o, canlı, lakin artıq "tullantı" materialı ilə yamaq etməyə çalışır”,- deyə, V.Dərgahlı qeyd edib. Rubrika.Az Geri qayıt |