Ermənistan ordusuna keçmiş çağırışçıların və əlillərin səfərbərliyi başlayıb - RƏSMİ
![]()
“Bu günlərdə Azərbaycanla sərhəddə apardığı döyüşlərdə erməni ordusunun canlı qüvvədə böyük itkilər verməsi Ermənistan Müdafiə Nazirliyini silahla azacıq da olsa davrana bilən hər kəsi silah altına qoymağa məcbur edir”.
Rubrika.Az-ın məlumatına görə bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
“Əldə olunan məlumata görə, Ermənistan ordusunun rəhbərliyi keçmiş hərbi qulluqçuları, çağırışçıları, o cümlədən ikinci və üçüncü qrup əlilləri, habelə həbsxana məhbuslarını Tavuş bölgəsinə göndərmək üçün tələsik şəkildə səfərbər edir.
Bu o deməkdir ki, sərhəddə düşmənin şəxsi heyəti sırasında böyük boşluqlar yaranıb və həmin boşluqları o, canlı, lakin artıq "tullantı" materialı ilə yamaq etməyə çalışır”,- deyə, V.Dərgahlı qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş












