Əsas Səhifə > Səhiyyə > Bəhram Bağırzadə evə buraxılıb
Bəhram Bağırzadə evə buraxılıb27-07-2020, 17:13 |
![]() Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalındakı müalicəsi başa çatıb və o, artıq evə buraxılıb. Rubrika.Az xəbər verir ki, ondan götürülən COVID-19 testinin nəticələri neqativ çıxıb. Xəstəxana çıxışında Əməkdar artisti sənət dostları qarşılayıb. Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadə iyunun 13-də vəziyyəti kəskin pisləşdiyindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülərək reanimasiyaya yerləşdirilib. Onun ağciyərlərinin 90 faizi zədələndiyindən əməkdar artist ECMO cihazına qoşulub. İyulun 2-də isə o, ECMO cihazından ayrılıb. Qeyd edək ki, Bəhram Bağırzadənin müaicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub. Rubrika.Az Geri qayıt |