Bəhram Bağırzadə evə buraxılıb

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalındakı müalicəsi başa çatıb və o, artıq evə buraxılıb.
Rubrika.Az xəbər verir ki, ondan götürülən COVID-19 testinin nəticələri neqativ çıxıb.
Xəstəxana çıxışında Əməkdar artisti sənət dostları qarşılayıb.
Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadə iyunun 13-də vəziyyəti kəskin pisləşdiyindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülərək reanimasiyaya yerləşdirilib. Onun ağciyərlərinin 90 faizi zədələndiyindən əməkdar artist ECMO cihazına qoşulub. İyulun 2-də isə o, ECMO cihazından ayrılıb.
Qeyd edək ki, Bəhram Bağırzadənin müaicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub.
Rubrika.Az
Facebook-da paylaş












