Əsas Səhifə > Səhiyyə > ÜST-dən koronavirusla bağlı son statistika
ÜST-dən koronavirusla bağlı son statistika30-07-2020, 09:35 |
|
Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 215 127 nəfər artaraq 16 558 289-a yüksəlib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bundan əlavə, son 24 saat ərzində daha 5 274 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 656 093-ə çatıb. Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (8 840 524 nəfər) və Avropada (3 283 277 nəfər) qeydə alınıb. Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib. Rubrika.Az Geri qayıt |