ÜST-dən koronavirusla bağlı son statistika
![]()
Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 215 127 nəfər artaraq 16 558 289-a yüksəlib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bundan əlavə, son 24 saat ərzində daha 5 274 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 656 093-ə çatıb.
Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (8 840 524 nəfər) və Avropada (3 283 277 nəfər) qeydə alınıb.
Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.
Rubrika.Az
Facebook-da paylaş










