Əsas Səhifə > Cəmiyyət > Sumqayıtda yaşayış binasında yanğın oldu

Sumqayıtda yaşayış binasında yanğın oldu


19-08-2020, 23:42
Sumqayıtda yaşayış binasında yanğın oldu

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 6 m sahədə və su qızdırıcısı qismən yanıb.

Rubrika.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rubrika.Az
Geri qayıt