Sumqayıtda yaşayış binasında yanğın oldu
![]()
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 6 m sahədə və su qızdırıcısı qismən yanıb.
Rubrika.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş















