Əsas Səhifə > Dünya > Minskdə yenidən müxalifət tərəfdarlarının mitinqi başlayıb
Minskdə yenidən müxalifət tərəfdarlarının mitinqi başlayıb25-08-2020, 22:52 |
![]() Belarusun paytaxtı Minskdə yağışlı havaya baxmayaraq, müxalifətin yüzlərlə tərəfdarı İstiqlal Meydanında icazəsiz aksiyalara başlayıb. Rubrika.Az RİA Novosti-yə istinadən xəbər verir ki, polis əllərində ağ-qırmızı rəngli bayraqlar tutan aksiya iştirakçılarından meydanı tərk etməyi tələb edib. Kütlənin isə bu çağırışlara məhəl qoymadığı bildirilir. Polis nümayişçilərə qarşı fəal hərəkətə keçməyib. Rubrika.Az Geri qayıt |