Minskdə yenidən müxalifət tərəfdarlarının mitinqi başlayıb

Belarusun paytaxtı Minskdə yağışlı havaya baxmayaraq, müxalifətin yüzlərlə tərəfdarı İstiqlal Meydanında icazəsiz aksiyalara başlayıb.
Rubrika.Az RİA Novosti-yə istinadən xəbər verir ki, polis əllərində ağ-qırmızı rəngli bayraqlar tutan aksiya iştirakçılarından meydanı tərk etməyi tələb edib. Kütlənin isə bu çağırışlara məhəl qoymadığı bildirilir.
Polis nümayişçilərə qarşı fəal hərəkətə keçməyib.
Rubrika.Az
Facebook-da paylaş





