Əsas Səhifə > Təhsil > Dövlət işində çalışan şəxs övladını məktəbə göndərə bilmirsə... - Hikmət Hacıyev
Dövlət işində çalışan şəxs övladını məktəbə göndərə bilmirsə... - Hikmət Hacıyev29-08-2020, 16:13 |
|
Sərt karantin rejimində dövlət müəssisələrində 30 faiz işçinin işə çıxması təşkil olunmuşdusa, yumşalma tədbirlərində bu rəqəm 50 faizə çatdırılıb. Rubrika.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O qeyd edib ki, dövlət işində çalışıb, övladını məktəbə göndərməkdə çətinlik çəkənlər bu barədə çalışdıqları müəssisəyə bildirsinlər. Hikmət Hacıyevin sözlərinə görə, regionlar arası uçuşların təşkili nəzərdə tutulmur. Rubrika.az Geri qayıt |