Dövlət işində çalışan şəxs övladını məktəbə göndərə bilmirsə... - Hikmət Hacıyev
![]()
Sərt karantin rejimində dövlət müəssisələrində 30 faiz işçinin işə çıxması təşkil olunmuşdusa, yumşalma tədbirlərində bu rəqəm 50 faizə çatdırılıb.
Rubrika.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, dövlət işində çalışıb, övladını məktəbə göndərməkdə çətinlik çəkənlər bu barədə çalışdıqları müəssisəyə bildirsinlər.
Hikmət Hacıyevin sözlərinə görə, regionlar arası uçuşların təşkili nəzərdə tutulmur.
Rubrika.az
Facebook-da paylaş











