Əsas Səhifə > Dünya > Ukrayna prezidentinin ofisi yaxınlığında silahlı şəxs saxlanılıb

Ukrayna prezidentinin ofisi yaxınlığında silahlı şəxs saxlanılıb


1-09-2020, 22:21
Ukrayna prezidentinin ofisi yaxınlığında silahlı şəxs saxlanılıb


Kiyev polisi hökumət binalarının olduğu kvartalda, o cümlədən Ukrayna prezidentinin ofisinin yaxınlığında qumbara ilə silahlanmış şəxsi yaxalayıb.

Rubrika.Az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Kiyev polisinin mətbuat xidməti bildirib.

"Paytaxtın hökumət kvartalında asayiş keşikçiləri üzərində qumbara olan kişini saxladı", - xəbərdə deyilir. Qeyd edilir ki, yaxalanma Bank küçəsində olub. Bu küçədə dövlət başçısının ofisi yerləşir.

Rubrika.Az
Geri qayıt