Ukrayna prezidentinin ofisi yaxınlığında silahlı şəxs saxlanılıb
![]()
Kiyev polisi hökumət binalarının olduğu kvartalda, o cümlədən Ukrayna prezidentinin ofisinin yaxınlığında qumbara ilə silahlanmış şəxsi yaxalayıb.
Rubrika.Az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Kiyev polisinin mətbuat xidməti bildirib.
"Paytaxtın hökumət kvartalında asayiş keşikçiləri üzərində qumbara olan kişini saxladı", - xəbərdə deyilir. Qeyd edilir ki, yaxalanma Bank küçəsində olub. Bu küçədə dövlət başçısının ofisi yerləşir.
Rubrika.Az
Facebook-da paylaş














