Əsas Səhifə > Dünya > Trampı zəhərləmək istəyən şəxs saxlanılıb

Trampı zəhərləmək istəyən şəxs saxlanılıb


21-09-2020, 10:38
Trampı zəhərləmək istəyən şəxs saxlanılıb


ABŞ prezidenti Donald Trampa zəhərli bağlama göndərən şəxs Kanada-ABŞ sərhədini keçmək istəyərkən saxlanılıb.

Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "NBC" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, şəxsiyyəti açıqlanmayan şəxs ABŞ Gömrük və Sərhəd Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Rubrika.Az
Geri qayıt