Trampı zəhərləmək istəyən şəxs saxlanılıb

ABŞ prezidenti Donald Trampa zəhərli bağlama göndərən şəxs Kanada-ABŞ sərhədini keçmək istəyərkən saxlanılıb.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "NBC" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.
Məlumata əsasən, şəxsiyyəti açıqlanmayan şəxs ABŞ Gömrük və Sərhəd Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Rubrika.Az
Facebook-da paylaş











