Əsas Səhifə > Səhiyyə > Ukraynada bir gündə 37 nəfər koronavirusdan öldü

Ukraynada bir gündə 37 nəfər koronavirusdan öldü


28-09-2020, 12:18
Ukraynada bir gündə 37 nəfər koronavirusdan öldü

Ukraynada son sutka ərzində 37 nəfər koronavirus səbəbilə həyatını itirib.

Rubrika.az Yenisabah.az-a istinadla xəbər verir ki, beləliklə, ölənlərin sayı 3 996 nəfərə çatıb.

Bildirək ki, Ukraynada COVID-19 diaqnozu qoyulanların sayı 2 671 nəfər artaraq 201 305-ə çatıb. Onlardan 88 453 nəfər sağalıb. Hazırda ölkədə 108 856 aktiv virus daşıyıcısı var və 177 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, bu günədək Ukraynada 2 189 926 koronavirus testi aparılıb.

Rubrika.az
Geri qayıt