Ukraynada bir gündə 37 nəfər koronavirusdan öldü
![]()
Ukraynada son sutka ərzində 37 nəfər koronavirus səbəbilə həyatını itirib.
Rubrika.az Yenisabah.az-a istinadla xəbər verir ki, beləliklə, ölənlərin sayı 3 996 nəfərə çatıb.
Bildirək ki, Ukraynada COVID-19 diaqnozu qoyulanların sayı 2 671 nəfər artaraq 201 305-ə çatıb. Onlardan 88 453 nəfər sağalıb. Hazırda ölkədə 108 856 aktiv virus daşıyıcısı var və 177 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, bu günədək Ukraynada 2 189 926 koronavirus testi aparılıb.
Rubrika.az
Facebook-da paylaş










