Əsas Səhifə > Bölgə > Ermənistan təxribatı nəticəsində halak olanların sayı açıqlandı

Ermənistan təxribatı nəticəsində halak olanların sayı açıqlandı


19-10-2020, 16:19
Ermənistan təxribatı nəticəsində halak olanların sayı açıqlandı

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Rubrika.Az bildirir ki, qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 61 mülki şəxs qətlə yetirilib, 282 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 341, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 846-dir.

Rubrika.Az
Geri qayıt