Ermənistan təxribatı nəticəsində halak olanların sayı açıqlandı
![]()
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Rubrika.Az bildirir ki, qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 61 mülki şəxs qətlə yetirilib, 282 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 341, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 846-dir.
Rubrika.Az
Facebook-da paylaş











