Əsas Səhifə > Siyasət > Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - Müdafiə Nazirliyi
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - Müdafiə Nazirliyi2-11-2020, 10:17 |
|
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub. Rubrika.Az bildirir ki, Müdafiə nazirliyindən verilən xəbərə görə, noyabrın 2-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub. Rubrika.Az Geri qayıt |