Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - Müdafiə Nazirliyi
![]()
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.
Rubrika.Az bildirir ki, Müdafiə nazirliyindən verilən xəbərə görə, noyabrın 2-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
Rubrika.Az
Facebook-da paylaş













