Əsas Səhifə > Bölgə > Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu - RƏSMİ
Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu - RƏSMİ3-11-2020, 09:46 |
|
Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub. Rubrika.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Noyabrın 3-ü, saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub. Rubrika.az Geri qayıt |