Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu - RƏSMİ
![]()
Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub.
Rubrika.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Noyabrın 3-ü, saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
Rubrika.az
Facebook-da paylaş















