Əsas Səhifə > Səhiyyə > Yunanıstanda koronavirusa rekord yoluxma
Yunanıstanda koronavirusa rekord yoluxma4-11-2020, 09:52 |
|
Yunanıstanda sutka ərzində koronavirusa 2166 yeni yoluxma halı qeydə alınıb. TASS-ın məlumatına görə, sözügedən göstərici Yunanıstan üçün rekord olub. Ölkədə noyabrın 2-də yoluxma sayı 1151 olsa da, bir gün içində təxminən iki dəfə artım qeydə alınıb. Qeyd edək ki, Yunanıstanda ümumilikdə 44246 nəfər koronavirusa yoluxub. 655 nəfər xəstəlikdən ölüb. Rubrika.Az Geri qayıt |